Bakı Abadlıq Xidməti Masazırda küçə işıqlarına niyə baxmır? – Şikayət
Abşeron rayon, Masazır qəsəbəsi sakinlərindən şikayət daxil olub. Abşeron rayonu, Masazır kəndində küçə işıqları normal yanmır. Əsasən qəsəbənin General Akim Abbasov küçəsində demək olar ki, onlarla işıq dirəyindən yalnız üç-dördündə işıq yandırılır. Zatən çəkərkən də qaydalara uyğun çəkilməyib. Dirəklər möhkəm bərkidilmədiyi üçün çoxu əyilib, yaxud əvvəldən əyri basdırılıb. Bu da yolla hərəkət edən nəqliyyat vasitələrinə maneə yaradır, piyadaların hərəkətini çətinləşdirir. Gecə saatlarında isə küçələrin qaranlıq olması sahibsiz küçə itlərinin hücum qorxusunu daha da artırır.
Hazırlıqdan, günorta növbəsindən dərsdən gələn uşaqlar həmişə bundan əziyyət çəkib. Hazırda Akim Abbasov küçəsi 170 səmtində məlum nasaz işıq dirəklərindən birini avtomobil vurub sındırıb. Asfaltın ortasına düşən dirəyi Bakı Abadlıq İdarəsinə dəfələrlə sakinlərin müraciət etməsinə baxmayaraq təmir edilmədiyi üçün camaat özü kənara çəkib. Hazırda gördüyünüz fotodakı yıxılmış dirək aylardır bu qaydada qalır. Həmin küçə axşamlar zülmətə bürünür, qaranlıq ucbatından bir dəfə də avtomol avtobus dayanacağına girib dağıdıb. Hazırda dayanacaq da sanki üstünə qrad mərmisi düşmüş vəziyyətdədir. Rayon icra hakimiyyəti ilə əlaqə saxlanılıb, onlar da Bakı Abadlıq Xidmətinə məxsus 0559755597 nömrəli telefon nömrəsi verərək əlaqə saxlayıb bildirməyi tövsiyyə edib. Lakin həmin telefonun nə zəngi, nə də vatsapına əsla cavab verən yoxdur. Telefon ümumiyyətlə söndürülüb. İcra hakimiyyətindən bildirdilər ki, onların da zənginə cavab vermirlər.
Hazırda bu durumla bağlı sakinlər televizya və mətbuata müraciət etməyi lazım bilərək bizə müraciət ediblər.
Biz də Analoq.az xəbər portalı olacaq əlaqə saxlamağa çalışsaq da qeyd edilən telefona cavab verilmədi. Qarşı tərəfin də fikrini öyrənməyə çalışırıq.