Masazırda dəhşətli hadisə: zəhərlənərək öldü
Abşeron rayonu Masazır qəsəbəsində zəhərlənmə ölümlə nəticələnib.
Masazir.com Bakıvaxtı-na istinadən xəbər verir ki, sentyabrın 30-u saat 23 radələrində 1941-ci il təvəllüdlü Məsim Rüstəmov yaşadığı Masazır qəsəbəsindəki evdə dərmandan zəhərlənib. O, evdəcə öıüb.
Bildirilir ki, M.Rüstəmçov diabet və dializ xəstəsi olub.
Hadisə ilə bağlı Abşeron Rayon Prokurorluğu araşdırma aparır.
Kərim Abbaszadə